Romarioya 2 il yarım iş verdilər
11.12.2009 - 10:16
Braziliya milli komandasının sabiq hücumçusu Romario barədə hökm oxunub. Apasport.az saytının məlumatına görə, əfsanəvi futbolçu 2,5 illik ictimai işlərə məhkum olunub. Buna səbəb Romarionun vergilərdən yayınmasıdır.
1994-cü ildə dünya çempionu olmuş futbolçu bununla canını qurtara bilməyib. Braziliyalı 391 min real (223 400 dollar) cərimə ödəməli olacaq.
Qeyd edək ki, 15 il öncə dünyanın ən yaxşı futbolçusu seçilmiş Romario karyerası ərzində 1000-dən çox qol vuran azsaylı futbolçulardan biridir.

0
0