Dario Srna arzusuna çatdı
11.12.2009 - 10:39
Donetskin “Şaxtyor” klubunun kapitanı Dario Srna qeyr-adi hərəkəti ilə yadda qalıb. Apasport.az saytının məlumatına görə, ötən mövsüm UEFA kubokunun qalibi olan komanda təyyarə ilə növbəti oyundan qayıdan zaman zalda kapitanın olmamağı sərnişinlərin təşvişinə səbəb olub.
Həmin vaxt “Boinq” markalı təyyarə beton zolaqda havaya qalxmaya hazırlaşırmış və Srnanın yoxluğu bir anlıq hərəkəti dayandırmaq haqda fikirlərə rəvac verib. Ancaq sən demə, təşvişə heç bir səbəb yox imiş. Çünki sonradan aydınlaşdırılıb ki, Xorvatiya milli komandasının da liderlərindən olan Dario həmin vaxt pilotların yanında imiş: “Mən çoxdan arzulayırdım ki, təyyarə necə göyə qalxması, nə qədər yüksəkliyə çıxması, onun kimlərin idarə etməsini öz gözlərimlə görüm. Təəssüratlarım? Sadəcə, adamı həyəcan bürüyür” – deyə Srna təəssüratlarını bölüşüb.
Hər halda, futbolçuya kabinədə icazə verən təyyarənin komandiri, ekipajı da razı qalıb. Belə ki, “Şaxtyor”un kapitanı kimi UEFA kubokunu başı üzərinə qaldıran Dario üzərində avtoqrafı olan topu onlara hədiyyə edib.

0
0