AFFA milli komandanın ən yaxşı futbolçusunu seçir
11.12.2009 - 10:45
AFFA milli komandanın ən yaxşı futbolçusunu seçir
AFFA bu ildən etibarən Azərbaycan milli komandasının ən yaxşı futbolçusunu və qapıçısını seçəcək. Apasport.az saytının məlumatına görə, sorğu Unibank Premyer Liqasında çıxış edən klubların baş məşqçiləri, kapitanları, əsas milli komandanın baş məşqçisi, texniki direktor və təcrübəli veteran futbolçu arasında keçiriləcək.

Başqa sözlə, sorğuya ümumilikdə 27 respondent qatılacaq. Təcrübəli veteran futbolçu qismində səsvermədə İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədov iştirak edəcək. Mükafatlandırma mərasimi AFFA tərəfindən keçiriləcək və qaliblərə hədiyyələr təqdim olunacaq. Tədbirin informasiya dəstəyi “İdman Azərbaycan” telekanalı, “Futbol dünyası” qəzeti, apasport və azerisport portalları, partnyorları isə ARDNŞ və “Azercell” şirkətidir.