“Olimpik-Şüvəlan”ın futbolçuları öz qapılarını niyə tanımırlar?
11.12.2009 - 11:00
Unibank Premyer Liqasının XIV turunda daha bir avtoqol qeydə alınıb. Apasport.az saytının məlumatına görə, turun son qarşılaşması olan “Xəzər-Lənkəran” - “Olimpik-Şüvəlan” matçında öz qapısına qol vuran Abdulkedir Kamara çempionatın 6-cı avtoqolunun müəllifi olub.
27 yaşlı yarımmüdafiəçi legionerlərin 5-ci, komandasının isə 3-cü uğursuzu olub. Belə ki, bu çempionatda vurulan avtoqolların yarısı “Olimpik-Şüvəlan”ın payına düşür. Bakılılar keçirdikləri 16 matçda artıq 3 dəfə qapıları “səhv salaraq” öz komandalarını məyus ediblər. Kamaraya qədər, Usim Nduka və Klaudiano Alveş dos Santos da öz qapısına qol vurmuşdu. Bakılılar hər üç halda bölgə səfərlərində məyus olub.
Digər 11 komanda isə hamısı birlikdə “Olimpik-Şüvəlan” qədər 3 dəfə öz qapısına qol vurub. Burada “Standard”, “Karvan” və “Simurq” “fərqləniblər”.
Qeyd edək ki, II dövrənin startı avtoqollarla zənginliyi ilə diqqət çəkir. Ardıcıl 3 turdur hər dəfə bir oyunçu qapıları “səhv salır”. Maraqlısı isə odur ki, I dövrənin startında ardıcıl 2 turda avtoqol olub.
Cari çempionatın avtoqolları:
I tur. 14.08.2009. “Muğan” – “Standard” - 1:0
Oleq Qlevesiani
II tur. 23.08.2009. “Karvan” – “Olimpik-Şüvəlan” – 2:3
Usim Nduka
VII tur. 17.10.2009. “Qəbələ” - “Olimpik-Şüvəlan” – 2:1
Klaudiano Alveş dos Santos
XII tur. 29.11.2009. “Simurq” – “Qəbələ” – 1:1
Aleksandr Malıgin
XIII tur. 04.11.2009. “Olimpik-Şüvəlan” – “Karvan” – 4:0
Anar Həsənov
XIV tur. 10.11.2009. “Xəzər-Lənkəran” – “Olimpik-Şüvəlan” – 2:1
Abdulkader Kamara

0
0