Nazim Süleymanov: “Xəzər-Lənkəran”dan “Xəzər-Lənkəran”adək
11.12.2009 - 11:24
Nazim Süleymanov “Olimpik-Şüvəlan” klubunun baş məşqçi postunda ilk məğlubiyyətə səfərdə prinsipial rəqiblə görüşdə düçar olub. Apasport.az saytının məlumatına görə, 44 yaşlı mütəxəssis “təyyarəçilər”də çalışdırıcı qismində keçirdiyi 3-cü oyunda ilk baş məşqçisi olduğu, iki dəfə istefaya göndərildiyi “Xəzər-Lənkəran”a uduzub (1:2).
Baş məşqçi karyerasını 4 ildən sonra davam etdirən Süleymanov sonuncu dəfə “Xəzər-Lənkəran”ın sükanı arxasında məğlub olmuşdu. Maraqlıdır ki, həmin görüşdə də ssenari eyni məcrada davam etmiş və 1:2 hesabı qeydə alınmışdı. Bu, 2005/06 mövsümünün ilk dövrəsinin X turu çərçivəsində noyabrın 26-da “MKT-Araz” klubuna qarşı səfərdə keçirilən oyunda baş verib. Sözügedən görüşdə də Süleymanov komandası hesabı tezliklə bərabərləşdirməsinə baxmayaraq, sonradan buraxdığı qolun əvəzini çıxa bilməyib. Milli komandamızın sabiq kapitanının eyni hesablı məğlubiyyətləri arasında 1674 gün fərq var. “Xəzər-Lənkəran”ın “MKT-Araz”a həmin məğlubiyyətindən sonra ikinci dəfə baş məşqçi postundan kənarlaşdırılan Süleymanov bununla da lənkəranlılarla yolları birdəfəlik ayırıb. Baş məşqçi fəaliyyətini 4 ildən sonra “Olimpik-Şüvəlan”da bərpa edən çalışdırıcı yeni komandasında səfərdə “Neftçi” ilə qolsuz heç-heçə edib, “Karvan”ı evdə böyük hesabla (4:0) yenib.
Qeyd edək ki, “Olimpik-Şüvəlan”ın 30 aydan sonra Lənkəranda ilk qoluna imza atan Viktor İbekoyi hazırkı klubunda qol hesabını açdı. 23 yaşlı nigeriyalı hücumçu hələ yayda “Turan”dan transfer edilsə də, vətənindən gəlib çıxmadığı üçün yalnız ilk dövrənin son turunda “Qarabağ”la səfər oyununda debüt edib. Axırıncı qolunu ötən mövsümün sonunda Tovuz təmsilçisinin heyətində vuran İbekoyi “təyyarəçilər”də ilk qolunu 4-cü oyununda vurub.

0
0