Sorokin: Futbolçularımız Bakıda dopinq qəbul etməyib
11.12.2009 - 11:32
“Milli komandamızın futbolçuları hər rəsmi oyundan sonra dopinq-testdən keçirlər. Belə testlər Almaniya ilə Moskvadakı və Azərbaycanla Bakıdakı oyundan sonra olub. Rusiya Futbol İttifaqının dopinq-testlə bağlı əlində olan bütün sənədlər buna şahidlik edir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya Futbol İttifaqı (RFİ) baş direktoru Aleksey Sorokin deyib.
Moskva MOİK-inin dopinqdə ilişən iki müdafiəçisi – Sergey İqnaşeviçlə Aleksey Berezutski Rusiya milli komandasının heyətində oktyabrın 14-də Azərbaycanla Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda (1:1) 90 dəqiqə meydanda olublar. Hər iki futbolçu xəstələndikləri zaman onlara sudafen preparatı verilib ki, həkimlər istifadəsi qadağan olan bu maddədən istifadə etdiklərini göstərməməklə, texniki səhvə yol veriblər. Nəticədə İqnaşeviçlə Berezutskinin Çempionlar Liqasının qrup mərhələsində son turunda “Beşiktaş”la İstanbulda keçirilən oyunda (1:2) meydana çıxmasına qadağa qoyan UEFA futbolçular haqda 6 gün sonra Nizam-İntizam Komitəsinin iclasında qərar çıxaracaq.
Baş verənlərlə bağlı RFİ-nin rəsmi mövqeyini bildirən Sorokin bir sıra yığma futbolçularının milli komandamızla oyun zamanı xəstələndiklərini təsdiqləyib. Ancaq ötən ay Bakıda olan baş direktorun sözlərinə, həmin vaxt istifadəsi qadağa olan hansısa preparatın qəbulundan söhbət gedə bilməz: “Almaniya ilə oktyabrdakı oyundan sonra həqiqətən də futbolçularımızın çoxu xəstələnmişdi və onun əlamətləri qala bilərdi. Ancaq İqnaşeviçlə Berezutskiyə sudafed MOİK-də verilib. Yığmamızda futbolçulardan heç biri birmənalı şəkildə bu preparatla müalicə olunmayıb. Bu məsələ ilə bağlı şəxsi fikrim belədir ki, bu, MOİK-in həkiminin texniki səhvidir. O, protokolda bu dərmanı göstərməyib. Nəzəri cəhətdən UEFA onlara göstərəcəyimiz əsaslarımızı nəzərə ala bilər. Ancaq təəssüf ki, belə beynəlxalq orqanların qiymətləndirmə meyarı fərqlidir. Yəni onlar idmançının orqanizminə preparatın necə daxil olmasını aydınlaşdırmağa cəhd də etmirlər. Onlar fakta qiymət verirlər. Ordu klubunun futbolçularının orqanizminə qadağa olunan dərmanların daxil olması faktı isə var. Bizə ümid etmək qalır ki, UEFA-nın Nizam-intizam Komitəsi hər şey düzgün ayırd edəcək”.

0
0