Dünyanın ən sürətli futbolçuları
11.12.2009 - 11:44
Dünyanın ən sürətli futbolçuları
Dünyanın ən sürətli futbolçularının siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, almaniyalı ekspertlər futbolçuların meydanda nümayiş etdirdikləri sürəti müqayisə edərək, ən yaxşının adına aydınlıq gətiriblər.

Araşdırmaların nəticələrinə əsasən, lazım gələndə saatda 33,6 km sürət yığan Kriştiano Ronaldo planetin ən cəld oyunçusudur. Portuqaliya milli komandasının və İspaniyanın “Real” klubunun yarımmüdafiəçisinin ən yaxın izləyicisi Aryen Robbendir. Almaniya “Bavariya”sının şərəfini qoruyan hollandiyalı saatda 32,9 km sürətə malikdir. İlk “beşlik”də qərarlaşan digər 3 futbolçu İngiltərə klublarında çıxış edir. “Arsenal”ın oyunçularından Teo Uolkott (32,7 km/saat) üçüncü, holland Robin van Persi (32,1 km/saat) beşinci pillədə yer alıb. Dördüncü olan “Mançester Yunayted”li Ueyn Runi 32,7 km/saat sürətə malikdir.

Qeyd edək ki, planetin ən sürətli insanı sayılan, 100 metr məsafəyə qaçışda dünya rekorduna sahib Yamayka atleti Useyn Bolt 44,7 km/saat sürət yığmağı bacarır.