PFL kimi ən yaxşı futbolçu seçib?
15.12.2009 - 11:23
PFL kimi ən yaxşı futbolçu seçib?
Peşəkar Futbol Liqası (PFL) Unibank Kommersiya Bankı ilə birgə oktyabr və noyabr ayları üçün Unibank Premyer Liqasının ən yaxşı oyunçularını seçib. PFL-nin mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, bu məqsədlə bu gün AFFA-nın inzibatı binasında qaliblərin təntənəli surətdə təltif olunması mərasimi keçiriləcək. Saat 16:30-da başlayacaq tədbirə bütün KİV nümayəndələri dəvətlidirlər.