FİFA Azərbaycanda festival keçirir
15.12.2009 - 11:34
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) Azərbaycanda seminar keçirəcək. Apasport.az-ın xəbərinə görə, dekabrın 19-dək Futbol akademiyasında FİFA-nın “Grassroots” proqramı çərçivəsində seminar, 20-də isə festival baş tutacaq. Tədbirə 30-dan artıq məşqçinin və 70-dən çox aşağı yaşlı futbolçu iştirak edəcək. FİFA bu məqsədlə ölkəmizə mütəxəssisi Horts Krieteni ezam edib. Tədbirə onunla yanaşı, Azərbaycanın 15 və 17 yaşlılardan yığma komandalarının alman baş məşqçisi Oliver Pelzer rəhbərlik edəcək.
0
0