Ramiz Məmmədovun komanda yoldaşı avtomobil qəzasına düşdü
15.12.2009 - 12:01
Ramiz Məmmədovun komanda yoldaşı avtomobil qəzasına düşdü
Tanınmış rusiyalı futbolçu Dmitri Aleyniçev avtomobil qəzasına düşüb. Apasport.az saytının məlumatına görə, Moskvanın “Spartak” klubunun və Rusiya yığmasının 37 yaşlı sabiq yarımmüdafiəçisinin idarə etdiyi “Leksus” markalı avtomobil “Hyunday”a girib. Qəza Olimpiya prospekti rayonunun kəsişməsində baş verib. Futbolçu karyerasını bitirdikdən sonra Omsk vilayətində senator olar Aleyniçev qəza nəticəsində xəsarət almayıb. İnsidentin iştirakçıları hadisə yerinə Dövlət Yol Polisinin müfəttişlərini çağırmağı məqsədəuyğun saymayıblar. Onlar bir-birlərinə irad bildirməyərək, sülhlə ayrılıblar.

Qeyd edək ki, Dmitri vaxtilə Portuqaliyanın “Portu” klubunda Joze Mourinyonun rəhbərliyi altında Çempionlar Liqası və UEFA kubokunun qalibi olub. O, Moskva “Spartak”ında soydaşımız Ramiz Məmmədovla uzun illər bir yerdə oynayıb.