Premyer Liqa üçün 7200 manat cəza
15.12.2009 - 13:07
AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının XV turunda baş verən hadisələri müzakirə edən komitə üzvləri müvafiq qərarlar çıxarıb.
“Simurq”la səfər qarşılaşmasında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Bakı” 1000 manat cərimə olunub. “Qarabağ”la görüş başa çatdıqdan sonra tamaşaçılar tərəfindən meydançaya kənar əşya (daş) atıldığı üçün meydan sahibi – “Standard” 2000 manat ödəməli olacaq. “Neftçi” ilə matçın 73-cü dəqiqəsində “Muğan”ın futbolçusu Taqim Novruzov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb ki, bu da komandasına 200 manata başa gələcək. Yarımmüdafiəçi isə növbəti turu buraxacaq. “Qəbələ” – “Karvan” matçının 54-cü dəqiqəsində birbaşa meydandan qovulan futbolçuların cəzası isə daha ağır olub. “Qəbələ”nin Tomaş Stolpa ilə “Karvan”lı Emin Cəfərquliyev bir-birini vurduğu üçün 2 oyunluq cəzalandırılıb, hər iki klub isə 2000 manat cərimə olunub.

0
0