2000 manatlıq təhqir
15.12.2009 - 13:13
AFFA Bakının “Neftçi” klubunun əvəzedici komandasının baş məşqçisi Mirbağır İsayevi cəzalandırıb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı məlumata görə, 35 yaşlı çalışdırıcı Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XV turu çərçivəsində “Muğan”la səfər oyununun 50-ci dəqiqəsində nalayiq ifadələr işlətdiyi üçün texniki zonadan kənarlaşdırılıb. İsayevin məsələsinə baxan İntizam Komitəsi onu 4 oyunluq cəzalandırılıb, klubu isə 2000 manat cərimələyib.
Ancaq bu, qurumun çıxardığı ən ağır cəza olmayıb. Belə ki, dekabrın 6-da futzal üzrə həvəskarlar arasında Respublika birinciliyində PSL –“Normikro” görüşünün 38-ci dəqiqəsində meydan sahiblərinin cəzalı futzalçısı İdris Nəzərov sonrakı oyunun hakimi Yusif Nurullayevə fiziki təsir göstərdiyi üçün 10 oyunluq diskvalifikasiya edib.
Qeyd edək ki, 17 yaşlılardan ibarət yığmamızda məşqçi kimi çalışan İsayev cari mövsümdən “Neftçi”nin əvəzedici komandasına rəhbərlik edir.

0
0