Tomaş Stolpa “Qəbələ”dən qovulub?
15.12.2009 - 13:50
“Polşalı hücumçu Tomaş Stolpa ilə yollarımızı ayırmamışıq. Son turda birbaşa qırmızı vərəqə alsa da, hazırda düşərgəmizdədir”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədov deyib.
Qəbələlilərin ötən qış transfer etdiyi Tomaş Stolpa cari mövsümdə artıq iki dəfə qırmızı vərəqə almaqla, antirekord müəyyənləşdirib. 26 yaşlı polşalı hücumçu Unibank Premyer Liqasının son turunda Yevlaxın “Karvan” klubu ilə ev oyununda (1:0) rəqib futbolçu Emin Cəfərquliyevlə oyunun gedişində dalaşıb ki, nəticədə baş hakim Rauf Cabbarov hər iki futbolçunu meydandan qovub. Onların birbaşa qırmızı vərəqə aldığını nəzərə alsaq, AFFA-nın İntizam Komitəsinin iki oyunluq cəzasına məruz qalıb. Sona iki tur qalıb və deməli, həm Emin, həm də Tomaş bu il bir daha meydana çıxmayacaqlar. Ancaq Məmmədovun sözlərinə görə, Stolpa son iki oyunda da qəbələlilərin sıralarında olacaq: “Futbolçu ilə bağlı qərar vermək klubun daxili işidir. Tomaş cəzalı olsa da, geri göndərməmişik. Onu qovmağımızla bağlı deyilənlər yalan söhbətdir. Stolpanın hələ yanvarın sonuna kimi müqaviləsi var və ən azı həmin vaxta kimi bizim futbolçu olacaq. Stolpa səhvini anlayıb və layiqli cəzasını alıb”.
“Qəbələ”nin çalışdırıcısı bir ildir sərəncamında olan Stolpanın çıxışından narazı deyil: “Onun oyunu ilə bağlı problem yoxdur. Tomaş indiyə kimi bizə layiqincə kömək edib. Bilirsiniz, ilin sonudur və mövsümün yorğunluğu üzərində olan futbolçuların əsəb sistemi gərilib. Ola bilər ki, Stolpanı rəqibləri təxribata çəkir. Futbolçumuzun səhvi də ondadır ki, emosiyalarını cilovlaya bilmir və buna gedir. Hazırda heyətimizdə heç bir dəyişiklik yoxdur. Buna, Tomaşın da məsələsinə qış fasiləsində baxacağıq. Polşalının qalıb-qalmayacağına klub rəhbərliyi, baş məşqçi qərar verəcək. Lazım gələrsə, onunla müqavilə müddətini artıracağıq”.
Qeyd edək ki, Stolpa cari çempionatda 12 oyun (640 dəqiqə) keçirən 1-i penalti zərbəsindən olmaqla 4 qol vurub, 7 sarı, 2 qırmızı vərəqə alıb. O, hazırda ölkəmizdə çıxış edən yeganə polşalı futbolçudur.

0
0