“Neftçi” klubunda növbəti istefa
15.12.2009 - 14:58
Bakının “Neftçi” klubunun əvəzedici komandasının baş məşqçisi Mirbağır İsayev istefa verib. Bu haqda apasport.az saytına İsayevin özü məlumat verib.
AFFA İntizam Komitəsi hesabat turunda Salyanın “Muğan” klubu ilə səfər oyununun ikinci hissəsində hakimlərin ünvanına nalayiq ifadələr işlətdiyi üçün 35 yaşlı çalışdırıcını 4 oyunluq cəzalandırıb, daha 2000 manat cərimə edib. Ancaq İsayev bildirib ki, onun istefasının bununla əlaqəsi yoxdur: “Hakimə elə hirslənmişdim ki, söyüş söydüm. Onun adını da bilmirəm. Hakimlikdən narazı qaldığım üçün özümü saxlaya bilmədim və nalayiq ifadələr işlətdim. Bəli, istefa versəm də, bunun səbəbi komandanın son vaxtlar uğursuz çıxışı ilə bağlıdır. “Neftçi”nin əvəzediciləri çempionata 9 oyun ardıcıl qələbə ilə başlayırsa, deməli, oynaya bilir”.
Futbolçulardan narazı qalmayan “Neftçi”nin çalışdırıcısı əksinə onların müdafiəsinə qalxıb. İsayevin sözlərinə görə, futbolçuları ləkələmək olmaz, onlara şans vermək lazımdır: “Oyunçularımı qınamıram, problemlərdən danışmaq fikrim də yoxdur. Sərəncamımda olan 24 futbolçu ilə hər bir oyuna qələbə üçün çıxmışıq. Qalib gələ bilmədiyim əvvəlki oyunlarda istefa verməmişdim ki... Çünki oyunçularımın hər birinə inanmışam və onların futbolçu kimi yetişdiyini düşünürəm. Ancaq “Muğan”la görüşdəki məğlubiyyətdən sonra getməyi qətiləşdirdim. Məni əsas narazı salan ardıcıl məğlubiyyətlədir. Məşqçi üçün əsas nəticə olmalıdır. Əgər komanda üç oyun ardıcıl uduzursa, 4-cü görüşdə qalib gələcəyinə zəmanət yoxdur. 3-cü yerdə qoyub getdiyim “Neftçi”yə qarşıdakı görüşlərdə uğurlar arzulayıram. Qoy futbolçular çıxıb sübut etsinlər ki, layiqli oyun göstəriblər. Fikrim qətidir və geri qayıtmaq yoxdur”.
Qeyd edək ki, İsayev bu yay “Neftçi”nin əvəzedici komandasının baş məşqçisi təyin edilib. O, Qurban Qurbanovun vaxtında – 2007-2008-ci illərdə əsas komandada məşqçi işləsə də, bir ildən sonra istefa verməyi qərara aldı.

0
0