PFL ən yaxşı futbolçuların adlarını açıqladı - YENİLƏNİB
15.12.2009 - 17:02
Peşəkar Futbol Liqası (PFL) Unibank Kommersiya Bankı ilə birgə oktyabr və noyabr ayları üçün ölkə çempionatının ən yaxşı oyunçularını seçib. Apasport.az saytının xəbərinə görə, bu gün AFFA-nın mənzil-qərargahında keçirilən toplantıda qaliblər mükafatlandırılıb.
Unibankın təşəbbüsü ilə futbol klublarının baş məşqçiləri və idman jurnalistləri arasında Peşəkar Futbol Liqası (PFL) tərəfindən keçirilən sorğu-səsvermənin nəticələrinə əsasən, “Qarabağ” klubunun və Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadov oktyabr, “Xəzər-Lənkəran”ın hücumçusu Mario Souza isə Unibank Premyer Liqasının noyabr üçün ən yaxşı futbolçusu seçilib.
Sorğuda Liqanın 12 klub və 28 KİV nümayəndəsi iştirak edib. Oktyabr üçün “Liqanın ən yaxşı oyunçusu” nominasiyada şərtsiz lider kimi Vaqif Cavadov təsdiqlənib. Onun namizədliyini oyunlarda göstərdiyi nəticələr və səmərəliliyə görə respondentlərin 70 faizi dəstəkləyib. Eyni zamanda noyabrın yekunlarına əsasən, liqanın ən yaxşı oyunçusu qismində minimal üstünlüklə Mario Souza qalib gəlib. Onun adı keçirilən səsvermə zamanı məşqçi və jurnalistlərin sorğu-anketlərində daha çox birinci göstərilib.
“Liqanın ən yaxşı oyunçusu” nominasiyasının qaliblərinə bu gün PFL rəhbərliyi tərəfindən hədiyyələr, qurumun və futbol üzrə milli birinciliyin baş sponsoru olan “Unibank”dan isə pul mükafatları təqdim olunub.
Xatırladaq ki, “Liqanın ən yaxşı oyunçusu” nominasiyası “Unibank” və PFL arasında sentyabrın sonlarında sponsor sazişinın imzalanmasından sonra bankın təşəbbüsü ilə təsis olunub. Bu mükafat futbolçular tərəfindən göstərilən nəticələr nəzərə alınmaqla və onların hər hansı bir kluba mənsubiyyətındən asılı olmayaraq verilir.
Qeyd edək ki, sorğuda iştirak edən apasport.az saytı oktyabr ayı üçün Samir Abbasova (“İnter”), noyabr ayı üçün Mario Souzaya (“Xəzər-Lənkəran”) səs verib.

0
0