Vaqif Sadıqov yaxın qohumunu “Neftçi”yə baş məşqçi gətirdi
15.12.2009 - 16:21
Vaqif Sadıqov yaxın qohumunu “Neftçi”yə baş məşqçi gətirdi
Bakının “Neftçi” klubunda növbəti baş məşqçi təyinatı gerçəkləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının sabiq futbolçusu Rüfət Quliyev əvəzedici komandanın sükanı arxasına keçib. 37 yaşlı çalışdırıcı bu gün istefa verən Mirbağır İsayevi əvəzləyib. Quliyev bu yaxınlarda “Neftçi”nin 17 yaşlılardan ibarət komandasının baş məşqçi postunda Rəhman Tağıyevi əvəzləmişdi.

Mirbağır İsayevin istefaya göndərilməsinin əsas səbəbi isə əvəzedici heyətin son 4 turda uğursuz çıxışıdır. Yeni təyinatda isə “Neftçi”nin əsas komandasının baş məşqçisi Vaqif Sadıqovun da rolunun olduğu ehtimal edilir. Çünki Sadıqovla Rüfət Quliyevin qohumluq əlaqələri var.