“Bakı”nın nümayəndəsi “Herenven” - “Ventspils” matçında
15.12.2009 - 17:06
Avroliqanın qrup mərhələsinin son turunda keçiriləcək “Herenven” (Hollandiya) - “Ventspils” (Latviya) oyunu “Bakı” klubunun diqqət mərkəzində olacaq. “Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov apasport.az saytına açıqlamasında Herenven şəhərində sabah keçiriləcək görüşün iştirakçısı olacaq moldovalı yarımmüdafiəçi İqor Sıqırlaşı izləyəcəklərini bildirib. Moldova milli komandasının da şərəfini qoruyan 25 yaşlı futbolçu “Ventspils”in heyətində həm Latviya çempionluğunu, həm də kuboku qazanıb.
“Sıqırlaş maraq dairəmizdə olan futbolçudur. Onu iş başında görmək istəyirik. Bu mənada Avroliqa oyunu yerinə düşür. Sıqırlaşın komandası son turda Hollandiyanın Herenven şəhərində eyniadlı komandanın qonağı olacaq. Həmin görüşü türkiyəli məşqçi izləyib, maraqlandığımız futbolçu haqda bizə məlumat verəcək. Əgər onun çıxışı qənaətbəxş olarsa, yaxşı təsir bağışlayarsa, baxışa çağıracağıq” - deyə Məmmədov vurğulayıb.
“Bakı”nın Transfer Komitəsində bir sıra ölkələrdə yaşayan mütəxəssislər yer alıblar ki, adları açıqlanmayan həmin şəxslər oyunları izləyərək, klub rəhbərliyinə məlumat verirlər. Belə nümayəndələrin Qazaxıstanda da olmasının nəticəsidir ki, bu ölkənin transfer bazarı son çempionumuzun diqqət mərkəzinə düşüb. Ancaq Məmmədov Qazaxıstan milli komandasının və Astana “Lokomotiv”inin yarımmüdafiəçisi Kayrat Aşurbəyova təklif göndərmədiklərini bildirib: “Kayratla bağlı məndən çox soruşurlar. Eşitdiyimə görə, onunla “Neftçi” rəhbərliyi maraqlanıb. Aşurbəyov haqda baş məşqçimiz Bülənt Korkmazdan da soruşdum. O da bu futbolçuya təklif göndərmədiyini dedi. Hazırda komandamızda iki legioner baxışdadır: qazaxıstanlı Oleq Ostapenko və belaruslu Aleksandr Saviçko. Hər iki gənc yarımmüdafiəçi öz yığmalarının üzvüdürlər. Onları sınadıqdan sonra qərar verəcəyik”.
Qeyd edək ki, Kayrat Qazaxıstan mətbuatına açıqlamasında ona maraq göstərən “Bakı”dan il yarımlıq müqavilə təklif aldığını bildirib.

0
0