Ramin Musayevin səhhətində problem yaranıb
15.12.2009 - 17:17
Unibank Premyer Liqasında oktyabr və noyabr ayları üçün ən yaxşı futbolçuların mükafatlandırma mərasiminə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev qatılmayıb. Apasport.az saytının məlumatına görə, buna səbəb onun səhhətində problemlərin yaranmasıdır. Qəflətən səhhəti pisləşən Musayev hətta başçılıq etdiyi qurumun keçirdiyi tədbirdə iştirak edə bilməyib.
Qeyd edək ki, sorğuda “Qarabağ”ın və milli komandamızın hücumçusu Vaqif Cavadov oktyabr, “Xəzər-Lənkəran”ın braziliyalı üzvü Mari Souza isə noyabr üçün ən yaxşı futbolçu seçilib. “Liqanın ən yaxşı oyunçusu” nominasiyasının qaliblərinə bu gün PFL rəhbərliyi tərəfindən hədiyyələr, qurumun və futbol üzrə ölkə birinciliyinin baş sponsoru olan “Unibank”dan isə pul mükafatları təqdim olunub.

0
0