Mario Souza: Belə tədbirlərin keçirilməsi Azərbaycanda futbolun inkişafının bariz nümunəsidir
15.12.2009 - 17:16
“Hamıya təşəkkür edirəm. Təşkilati işlərə görə də minnətdaram. Bu tədbirlərin keçirilməsi Azərbaycanda futbolun inkişafının bariz nümunəsidir”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Xəzər-Lənkəran” klubunun hücumçusu Mario Souza deyib.
O, Unibankın təşəbbüsü ilə futbol klublarının baş məşqçiləri və idman jurnalistləri arasında Peşəkar Futbol Liqası (PFL) tərəfindən keçirilən sorğuda noyabrın ən yaxşı futbolçusu seçilib. Əcnəbi oyunçu bildirib ki, növbəti aylarda da birinci olmaq fikrindədir: “Əsas məqsədim odur ki, gələn aylarda da qalib olum. Oktyabrın ən yaxşısı seçilən Vaqif Cavadovu da təbrik edirəm. O, təkcə “Qarabağ” klubunda yox, milli komandada da yaxşı oynayır”.

0
0