Zeynal Məmmədov: Təqvimdəki son dəyişikliklər bizə sərf etmir
15.12.2009 - 18:04
“Təqvimdəki son dəyişikliklər oyun qrafikini daha sıxlaşdırıb. Bu da bizə sərf etmir. Onsuz da yanvarda “Birlik kuboku”nda iştirak etməli olduğumuz üçün istirahətə az vaxtımız olacaq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.
Unibank Premyer Liqasının bu il üçün son turu əvvəl nəzərdə tutulduğu kimi, dekabrın 27-də yox, bir gün əvvəl bitəcək. Bu da onunla bağlıdır ki, əksər klublar PFL-ə ünvanladığı məktubda qarşıdan gələn bayramlarla əlaqədar XVII turun görüşlərinin daha tez tarixdə keçirilməsini xahiş edib. Nəticədə “Bakı”nın “Qarabağ”la səfər oyunu üç gün əvvələ, dekabrın 24-ə keçirilib. Məmmədov PFL-ə müraciət edən klublar arasında olduqlarını təsdiqləyib: “Oyunumuz dekabrın 27-də olanda futbolçularımız daha az dincələcək. Çünki yanvarın 15-dən 25-dək Moskvada “Birlik kuboku”nda çıxış edəcəyik. Komandamız turnirə hazırlıq məqsədilə artıq yanvarın 5-də Antalyada bir araya gələcək. Başqalarının istirahətə 10-15 gün vaxtı olacaq, bizimkilərin isə az. Bu mənada bu il son oyunumuzun daha əvvəl baş tutması vaxt baxımından bizə sərf edirdi. Futbolçularımız heç olmasa üç gün artıq istirahət edə biləcəklər. Antalyada təlim-məşq toplanışımızda isə yoxlama görüşləri keçirmək nəzərə tutulmayıb. Onsuz da “Birlik kuboku”nda kifayət qədər oyunlarımız olacaq”.
Unibank Premyer Liqasının təqvimində əsas dəyişiklik birinci mərhələnin gələn il keçiriləcək turlarının hamısının fevrala salınmasıdır. Buna AFFA-nın baş katibi Elxan Məmmədovun PFL-ə ünvanladığı məktub səbəb olub. Həmin məktubda milli komandanın təlim-məşq toplanışını nəzərə alınaraq, Premyer Liqanın təqvimində dəyişiklərin edilməsi xahiş olunub. Məktubu, həmçinin orada göstərilənləri - milli komandanın 2010-cu il martın 3-də beynəlxalq yoldaşlıq oyunu keçirəcəyini və bununla əlaqədar fevralın 22-dən təlim-məşq toplanışına başlayacağını nəzərə alan PFL XVIII-XXII turların vaxtını dəyişib.
Vitse-prezident bu dəyişiklə barışmalı olduqlarını söyləyir. Məmmədov eyni zamanda indiki vəziyyətdə təqvimin çox sıxlaşmasının onlara sərf etmədiyini deyir: “Üstəlik, “Birlik kuboku”na görə gərgin qrafikdə olacağıq. Ancaq AFFA və PFL-in qərarına hörmətlə yanaşmalıyıq. Bilirik ki, bu, dəyişik milli komandamızın baş məşqçisi Berti Foqtsun hazırlıq planları ilə bağlıdır. Milli komandamız, Azərbaycan futbolu naminə fəda etməliyik. Hətta deyilənə görə, yığmamız yanvarda da hazırlıq keçməyi planlaşdırıb. Düzü, bu haqda dəqiq məlumatımız yoxdur. Ancaq toplanış həmin vaxt olsa belə, milli üzvlərimiz – Saşa Yunisoğlu, Bəxtiyar Soltanov, Fabio Luis Ramimi buraxa bilməyəcəyik. Çünki həmin vaxt turnirimiz var və Moskvada ölkəmizi layiqincə təmsil etməliyik. Ancaq yığmanın fevralın sonundakı toplanışa futbolçularımız gedə bilərlər”.

0
0