“...Azərbaycanda da futbolçu var?”
15.12.2009 - 18:16
“Almaniyaya səfərim əla keçdi. Düşünürəm ki, “Hoffenhaym” klubunun düşərgəsində olmağımın mənə ancaq xeyri dəydi. Uzun müddət millinin təlim-məşq toplanışlarında olduğum üçün demək olar ki, darıxmırdım. Əslində, artıq bu həyata öyrənmişəm. Təbii ki, ailəm, vətənim yadımdan çıxmırdı. Amma qarşımda tək məqsəd vardı ki, bu da mümkün qədər bu şansdan maksimum faydalanmaq idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandasının futbolçusu Qara Qarayev çıxış etdiyi “Qarabağ” klubunun rəsmi saytına müsahibəsində deyib.
“Hoffenhaym”da iki aya yaxın təcrübə keçən yeniyetmə oyunçu bundesliqa təmsilçisinin ev oyunları ilə yanaşı, hazırlıq prosesini də canlı izləmək imkanına malik olub: “Bazalarımız yaxın olduğuna görə məşqləri də izləmək şansımız oldu. Orada italyan, türk, koreyalı vardı. Amma onlar orda yaşayanlar idi. Sadəcə, təlim keçən biz idik. İlk günlər ağızbüzənlər var idi. Azərbaycan adını eşidəndə təəccüblənirdilər ki, o, ölkədə də futbolçu var? Amma şükürlər olsun ki, oyunumuzla onların fikirlərini dəyişdirə bildik. Özümü oradakı həmyaşıdlarımdan zəif hesab etmirəm. Onların bizdən elə də fərqi yoxdur. Sadəcə, düzgün məşq etmək lazımdır. Elə əsas fərq məşqlərdədir (gülür). Orda isinmə hərəkətlərinə elə də fikir vermirlər. Burda 11 yaşından bizi “ştanga”nın altına salırlar. Orda isə yüngül isinmə hərəkətlərinin ardından ancaq futbolla məşğul oluruq. Trenajor zalında da edilən təmrinlər fərqlidir. Fiziki hazırlıqla maraqlandım. Dedilər ki, əsas fiziki yükləmələr mövsüm öncəsi çalışmalarda həyata keçirilir. Yəqin qışda da fizikaya vaxt ayırarlar”.
Qarayev “Hoffenhaym”da onu yarımmüdafiədə oynadan baş məşqçidən tapşırıq alıb. Yəni alman mütəxəssis futbolçumuza bəstəboy olduğuna görə cinahda oynamağımın daha faydalı olacağını söyləyib: “Səhərlər futbolçular dərsə gedirdi. Məşqlərimiz axşam olurdu. Ona qədər internetə baxır, ailəmizlə danışırdıq. Orda futbolçuların təhsilinə ciddi fikir verirlər. Daha doğrusu, müəllimlər bazaya gəlirdilər. Hər bir futbolçu üçün ayrıca proqram tuturdular. Buna görə də onlar üçün xüsusi çətinlik olmurdu. Bilirsiz, ora kənddir. Cəmi 2000 nəfər əhalisi var. Amma ətraf zonanın ən populyar komandasıdır. Buna görə də oyunlarına 25 min adam gəlir. Almanca elə bir şey öyrənməsəm də, istədiyimi soruşa bilirdim. İndi özümü orda oynamağa hazır sayıram. 17 yaşım olsa da, 19-larla məşq edirdim. Baş məşqçi mənimlə ciddi maraqlanırdı. İnşallah, tezliklə hər şey məlum olacaq”.

0
0