“Almalıq”dan gələn var...
15.12.2009 - 18:31
“Karvan” klubu yeni futbolçuları baxışdan keçirir. Bu barədə apasport.az saytına açıqlama verən komandanın baş məşqçisi Yunis Hüseynovun sözlərinə görə, belaruslu müdafiəçi Nikolay Ostrovskinin ardınca, daha 2 əcnəbi futbolçunu sınayır.
“Özbək Murad Hamroyevin 24 yaşı var. Özbəkistanın yüksək liqasında mübarizə aparan, son mövsümü 4-cü yerdə bitirən “Almalıq” klubunda oynayıb. Sol cinah müdafiəçisi mövqeyində çıxış edir. Bildiyiniz kimi, Ostrovski Moldovanın “Nistru” klubundan gəlib. Daha bir legioner isə Rusiyadan gəlib, rostovludur. Aşağı liqada mübarizə aparan “Bataysk” klubunda forma geyinib. Adı Sergey olan həmin legionerin 22 yaşı var, sağ cinah yarımmüdafiəçisidir” – deyə baş məşqçi bildirib.
Hüseynov, həmçinin vurğulayıb ki, sabah Rusiyadan daha bir futbolçu gələcək: “Onun haqda sonra məlumat verərəm. Biz legionerlərin səviyyəsinə, gənc olmasına xüsusi diqqət yetiririk. Onları yoxladıqdan sonra qərar verəcəyik. Seçim prosesi hələ bir müddət davam edəcək”.
Qeyd edək ki, “Karvan” hazırda turnir cədvəlinin son pilləsindədir.

0
0