BATE-nin futbolçusu “Bakı”da!
16.12.2009 - 02:13
Azərbaycan çempionu “Bakı” baxışa daha bir futbolçu çağırıb. Apasport.az saytının xəbərinə görə, sön ölkə çempionu belaruslu futbolçu Dmitri Klimoviçi sınaqdan keçirəcək. Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edir, 1,78 m boya, 73 kq çəkiyə malikdir.
1984-cü il təvəllüdlü Klimoviç ölkəsinin perspektivli futbolçularından sayılır. Peşəkar karyerasına 2002-ci ildə Minskin “Smena” klubunda başlayıb. Növbəti il BATE-yə keçib və 10 oyunda forma geyinib. 2004-cü ildə Jodino “Torpedo”suna transfer olunan Dmitri burada cəmi 3 oyun keçirib və 2 qol vurub. 2005 və 2006-cı illərdə yenidən BATE-yə qayıdıb, 25 matçda iştirak edib. Son 3 mövsümdə “Torpedo”da top qovan Klimoviç 76 görüşdə meydana çıxıb və 6 qol vurub.
2006-cı ildə BATE-nin heyətində UEFA kubokunda oynayıb. Belarus milli komandasına namizəd sayılır. Bu ilin əvvəlində yığmasının seçmə mərhələ oyunlarına cəlb olunub.

0
0