Emin Ağayev üçün yeni baş məşqçi
16.12.2009 - 09:56
Azərbaycan milli komandasının sabiq futbolçusu Emin Ağayev yeni baş məşqçi ilə işləyəcək. Apasport.az saytının məlumatına görə, Maksim Bokov 36 yaşlı müdafiənin kapitanı olduğu Tverin “Volqa” klubunun yeni çalışdırıcısı təyin olunub. O, bu postda 53 yaşlı Sergey Qriqoryevi əvəzləyib.
“Volqa”nın prezidenti Valeri Pesenko 36 yaşlı yeni baş məşqçini artıq komanda üzvlərinə təqdim edib. “Zenit” və Moskva MOİK-ində çıxışı ilə tanınan Bokov Rusiya milli komandasında da oynayıb. Rusiya çempionatının gümüş və bürünc, birinci divizionun qızıl medalını qazanan Maksimin karyerasında ən böyük uğuru 2004-cü ildə Qroznının “Terek” klubunun heyətində ölkə kubokunu qazanmasıdır. Yeri gəlmişkən, Maksim “Terek”də Eminin uzun illər komanda yoldaşı olan qapıçımız Dmitri Kramarenko ilə bir yerdə oynayıb.

0
0