Azərbaycan yığması Belçika, Litva və Estoniya ilə üz-üzə
16.12.2009 - 10:11
Azərbaycan yığması Belçika, Litva və Estoniya ilə üz-üzə
19 yaşadək qızlardan ibarət milli komandalar arasında 2011-ci ildə İtaliyada keçiriləcək Avropa çempionatının I seçmə mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan yığmasının da rəqibləri müəyyənləşib. Püşk Şamil Heydərovun yetirmələrini ikinci qrupa salıb. Komandamız burada Estoniya, Belçika və Litva ilə rəqib olacaq. Qrup oyunları sentyabrın 11-16-da keçiriləcək. Bu qrupun oyunlarına ev sahibliyi edəcək ölkə hələ müəyyənləşməyib.