“Bakı” “Rubin”lə qarşılaşa bilər
16.12.2009 - 11:12
“Bakı” “Rubin”lə qarşılaşa bilər
“Bakı” klubunun “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində daha bir rəqibi bəlli olub. Apasport.az saytının məlumatına görə, Rusiyanı gələn ilin yanvarın 15-dən 25-dək Moskvada keçiriləcək yarışda son çempion “Rubin” təmsil edəcək. Kazan klubuna son iki mövsümdə qızıl medallar qazandıran Qurban Berdıyev “Birlik kuboku”na qatılacaqlarını təsdiqləyib. Ancaq fərq ondadır ki, Berdıyev ora əsas komandanı göndərməyəcək: “Bəli, “Rubin” “Birlik kuboku”nda iştirak edəcək. Biz artıq turnirə sifariş olunmuşuq. Moskvaya gənclərdən ibarət komandamız yollanacaq. Əks təqdirdə, bütün hazırlığımız boşuna gedəcək”.