Mirbağır İsayev: Mən hər təklifi qəbul edən məşqçilərdən deyiləm
16.12.2009 - 11:34
Mirbağır İsayev: Mən hər təklifi qəbul edən məşqçilərdən deyiləm
Dünən “Neftçi”nin baş məşqçisi postundan istefa verən Mirbağır İsayev yenidən Azərbaycan yığmasına işləyə bilər. Apasport.az saytının xəbərinə görə, onun 21 yaşlılardan ibarət milli komandamızda çalışacağı bildirilir.

Nazim Süleymanovun “Olimpik-Şüvəlan”ın sükanı arxasına keçməsindən sonra U-21-in məşqçisi postu boş qalıb. Üstəlik, İsayev U-21-nin almaniyalı baş məşqçisi Bernard Lippertin köməkçisi olub. Ancaq gənc məşqçi milli komandadan dəvət almadığını bildirib: “Mənə heç bir yerdən təklif gəlməyib. Nə işim var, nə də gücüm. Hər təklifi qəbul edən məşqçi deyiləm”.