“Neftçi” klubunun sponsoru da danışdı
16.12.2009 - 11:45
“Neftçi” klubunun sponsoru da danışdı
Türkiyənin “Lescon” şirkəti Bakının “Neftçi” futbol klubuna sponsorluq edir. Apasport.az saytının məlumatına görə, 1992-ci ildə yaradılan şirkət paytaxt komandasını idman geyimləri ilə təchiz edir.

“Lescon”un sahibi Aydın Erbay Türkiyə mətbuatına verdiyi müsahibədə Azərbaycanda təkcə “Neftçi” üzvlərini geyindirməklə kifayətlənmədiklərini açıqlayıb. O bildirib ki, onlar Türkiyənin birinci liqasında yarışan komandaları da diqqətdən kənarda qoymayıblar.

“Hazırda Superliqanın 3 klubu – “Manisaspor”, “Diyarbəkirdpor” və “Dənizlispor”, birinci liqada “Bucaspor” və “Altay”la sponsorluq müqavilələrimiz var. Həmçinin, Azərbaycanın “Neftçi” və “Bakılı” klubları ilə də anlaşmamız var. “Gənclərbirliyi” ilə də saziş var idi. Təəssüf ki, üzləşdiyimiz çətinliklər üzündən müqaviləmizi pozmalı olduq. Sadaladığım bu klublarla yanaşı, üçüncü liqada da işbirliyi qurduğumuz klublar var” - deyə Erbay vurğulayıb.

Qeyd edək ki, “Lescon” Türkiyə Superliqasında geyim üzrə yeganə yerli sponsordur.