Yunis Hüseynov: Bəlkə də dərman içib yatsam, necə getdiyimdən xəbərim olmaz
16.12.2009 - 12:18
“Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov yenidən Ukraynaya gedir. Bu haqda apasport.az saytına məlumat verən Hüseynov bildirib ki, Kiyevə səfəri məşqçilikdə ən yüksək kateqoriya olan “Pro”nu almaqla bağlıdır. O, Unibank Premyer Liqasının qarşıdakı turunda dekabrın 18-də Salyanın “Muğan” klubu ilə keçiriləcək ev oyunundan sonra səfərə çıxacaq: “Artıq kurslarda son mərhələdir. Ancaq diplomu almaq qalıb ki, bunun üçün hamı kimi imtahan verməliyəm. Bundan sonra “Pro” dərəcəsini daşımağımı təsdiqləyən diploma sahib çıxacağam. İnanıram ki, bunun öhdəsindən uğurla gələcəyəm”.
Hüseynovun bu dəfə Ukraynaya hansı marşrutla yollanacağı əsas maraq doğuran məsələdir. Məlum olduğu kimi, təyyarədən qorxan məşqçi adətən xarici ölkələrə digər nəqliyyat vasitəsi ilə gedir. Hətta komandasının Türkiyədəki hazırlıq prosesinə avtomobillə yollanıb. Ancaq Hüseynovun bu dəfə Kiyevə təyyarə ilə gedəcəyini söyləməsi təəccüb doğurdu: “Bilirsiniz, vaxt yoxdur. Dekabrın 19-da Kiyevdə olmalıyam. 18-də isə çempionatda oyunumuz var. Göründüyü kimi, vaxt azlığına görə bu dəfə qatarla getmək variantım alınmırdı. Belə olan halda, təyyarəyə minməli olacağam və ikitərəfli bilet almışam. Dekabrın 21-də geri qayıdacağam”.
Hüseynov təyyarəyə minməkdən qorxduğunu gizlətmir: “Ancaq başqa yolum yoxdur. Təyyarəyə qorxa-qorxa minəcəyəm. Fikirləşirəm ki, təxminən üç saatlıq yolu necə qət edəcəyəm? Bəlkə də dərman içib yatsam, necə getdiyimdən xəbərim olmaz”.

0
0