Milli komandamız Rusiya ilə qarşılaşacaq
16.12.2009 - 13:11
Milli komandamız Rusiya ilə qarşılaşacaq
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası beynəlxalq turnirdə iştirak edəcək. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, yığmamız 2010-cu ilin yanvarında Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək turnirə dəvət alıb. Komandamız qrupda Moldova, Latviya və Rusiya yığmaları ilə mübarizə aparacaq. Futbolçularımız ayın 11-də Moldova, ertəsi Latviya, 14-də isə Rusiya ilə görüşəcək. Yığmamız turnirdə son oyununu final mərhələsində keçirəcək. Komandamız qrupda tutduğu yerə müvafiq olaraq digər qrupda həmin pillənin sahibi ilə üz-üzə gələcək.