İtaliya yığmamıza rəqib oldu
16.12.2009 - 13:56
19 yaşadək qızlardan ibarət milli komandalar arasında 2010-cu il Avropa çempionatının ikinci seçmə mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, gələn il mayın 24-dən iyunun 5-dək Makedoniyada keçiriləcək final mərhələsinə vəsiqə uğrunda mübarizəni davam etdirən Azərbaycan yığmasının da rəqibləri müəyyənləşib.
Bu gün İsveçrənin Nyon şəhərində keçirilən tədbirin nəticələrinə əsasən millimiz VI qrupa düşüb. Burada yığmamız İtaliya, Belçika, Bosniya və Herseqovina ilə mübarizə aparacaq. Gələn il martın 27-dən aprelin 1-dək keçiriləcək ikinci seçmə mərhələnin oyunlarına ev sahibliyi edəcək ölkələr hələ dəqiqləşməyib.
Qeyd edək ki, final mərhələsinə 6 qrupun qalibi və ikinci yeri tutan komandalar arasında ən yaxşı nəticəyə malik yığma vəsiqə qazanır.

0
0