Futbolçunun atası jurnalisti döymək istədi - FOTOSESSİYA
16.12.2009 - 14:25
Futbolçunun atası jurnalisti döymək istədi - FOTOSESSİYA
“Fənərbaxça” klubunun və Türkiyə yığmasının futbolçusu Kolin Kazım Riçardın (Kazım Kazım) atası Rodni Riçard qalmaqal salıb. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin valideyni TRT telekanalının əməkdaşını döymək istəyib.

Hadisə İstanbulda yerləşən restoranların birində baş verib. Kazım sevgilisi, dostu və atası ilə birgə nahar edərkən, jurnalist onların videogörüntülərini götürmək istəyib. Elə bu zaman Rodni Riçard masadan qalxaraq, telekanal əməkdaşının üstünə hücum çəkib. Ətrafdakılar dava-dalaş düşməsinə imkan verməyiblər.

Ardından şikayət əsasında restorana hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər. Polis Kolin Kazım, onun sevgilisi və dostunun ifadələrini alıb. Futbolçunun atası isə polis idarəsinə aparılıb.
0