Qapıçı dünya rekordunu yenilədi
16.12.2009 - 15:02
Futbol tarixinin ən məhsuldar qapıçılarının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) yeni dünya rekordunun müəyyənləşdiyini elan edib.
Belə ki, Braziliyanın “San-Paulu” klubunun məşhur qapıçısı Rojerio Seni karyerasında 85-ci qolu vurmaqla, özünə məxsus olan rekordu yeniləyib. 36 yaşlı cənubi amerikalı bu topların 36-nı penalti, 49-nu oyundan vurub.
İkinci olan paraqvaylı Xose Luis Çilavert 62, kolumbiyalı Rene İqita 41 qolun müəllifidir. Avropa rekordçusu olan bolqarıstanlı Dimitar İvanov 35 qolla 6-cı pillədə qərarlaşıb. Ən azı 18 dəfə fərqlənən 14 qapıçı arasında yeganə Azərbaycan təmsilçisi olan Nizami Sadıqovun mövqeyi dəyişməz qalıb. Karyerası ərzində 12-si penaltidən olmaqla, 21 qola imza atan “Turan”ın indiki baş məşqçisi planetin məhsuldar qapıçıları arasında 11-12-ci yerləri bölüşür.
Qeyd edək ki, “Turan”, “Kəpəz”, həmçinin Azərbaycan milli komandasında oynamış Sadıqov futbolçu karyerasını 2004-cü ildə bitirib.

- Niko Paz qərarını verdi - “Komo”da qalacaq
- Kazemirodan qol və mükafat - Braziliyalı matçın oyunçusu seçildi
- “Beşiktaş” “Barselona”nın futbolçusunu istəyir: Agentlə əlaqə saxlanıldı
- Səudiyyə Ərəbistanında istefa - Federasiya prezidenti postunu tərk etdi
- Haaland “Real”a keçmək istəmir: Səbəb Mbappe və Vinisiusdur
0
0