Qızlarımız hara gedirlər?
16.12.2009 - 15:16
Qızlarımız hara gedirlər?
19 yaşadək qızlardan ibarət milli komandalar arasında Avropa çempionatlarının seçmə mərhələ oyunlarının keçiriləcəyi ölkələr müəyyənləşib. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, gələn il AÇ-2010-nun ikinci, AÇ-2011-in birinci seçmə mərhələsində mübarizə aparacaq Azərbaycan milli komandası hər iki turnirdə qonaq qismində olacaq.

Martın 27-dən aprelin 1-dək ikinci seçmə mərhələdə oynayacaq futbolçularımız Bosniya və Herseqovina, İtaliya milliləri ilə yanaşı, Belçikaya üz tutacaq. Çünki bu qrupun oyunları Brüssel şəhərində təşkil olunacaq. Gələn ilin payızında artıq növbəti qitə birinciliyinin startında isə yığmamızı Litva səfəri gözləyir. Estoniya, Litva və Belçika ilə rəqib olan Şamil Heydərovun yetirmələri Kaunas şəhərinin stadionlarında ən güclüləri müəyyənləşdirəcəklər.
0