“Styaua” – “Tvente” oyunu baş tutmaya bilər
16.12.2009 - 15:52
“Styaua” – “Tvente” oyunu baş tutmaya bilər
Avropa Liqasının qrup mərhələsinin “Styaua” (Rumıniya) – “Tvente” (Hollandiya) oyunu baş tutmaya bilər. Apasport.az saytının məlumatına görə, H qrupunun sonuncu – VI turunun Buxarestdəki görüşünün baş tutması sual altındadır.

Buna Rumıniya paytaxtında yağan güclü qar səbəb olub. “Styaua”nın meneceri Basarab Panduru bildirib ki, qarın sabah da yağacağı halda, stadion əməkdaşları meydançanı normal vəziyyətə gətirə bilməyəcək. Bu da görüşün təxirə salınmasına səbəb olacaq.

Türkiyənin “Fənərbaxça” klubunun birinci yeri təmin etdiyi bu qrupda Moldova “Şerif”i ikinci yer şanslarını saxlayır. Əsasnamənin fövqəladə vəziyyətə görə pozulması üzündən hər iki matçın eyni vaxtda başlamamasının əziyyətini də tiraspollular çəkə bilər. Sabahkı matç baş tutmayacağı halda, rəqibini 2 xal qabaqlayan “Tvente” moldovalıların oyununun nəticəsini bilərək meydana çıxacaq.
0