FİFA hakimi totalizatorla əlaqələrin güdazına getdi
16.12.2009 - 16:34
FİFA hakimi totalizatorla əlaqələrin güdazına getdi
UEFA bolqarıstanlı FİFA hakimi Anton Genovu cəzalandırıb. Apasport.az saytının məlumatına görə, 43 yaşlı referi totalizatorla əlaqələrdə şübhəli sayıldığı üçün hakimlikdən kənarlaşdırılıb.

Ötən ay Makedoniya və Kanada yığmaları arasında yoldaşlıq oyununda Genov hər komandanın qapısına 2 penalti təyin etmişdi. Lakin makedoniyalıların 3:0 hesabı ilə qalib gəldiyi görüş şübhələrə əsas verib. Penaltilərin əbəs yerə təyin olunmadığını düşünən UEFA rəsmiləri hakimlə söhbətdən sonra ona araşdırmalar bitənədək rəsmi matçlara təyinat verməmək qərarına gəlib.
0