“Karvan” ilk transferini reallaşdırır
16.12.2009 - 17:38
“Karvan” ilk transferini reallaşdırır
“Karvan” özbəkistanlı futbolçu Murad Hamrayevlə rəsmi müqavilə imzalayacaq. Bu haqda apasport.az saytına komandanın baş məşqçisi Yunis Hüseynov məlumat verib. O, “Almalıq” klubundan baxışa gələn 24 yaşlı müdafiəçini bəyəndiyini bildirib: “Murad baxışda olduğu müddətdə yaxşı təsir bağışladı. Onu komandaya götürmək fikrindəyik. Hamrayevin sərbəst futbolçu olması da bizə sərf edir. Sol cinah müdafiəçisidir ki, bizə bu mövqeyə futbolçu lazımdır. Münasibətlərimizi rəsmiləşdirmək üzrəyik. Hamrayevlə iki illik müqavilə imzalayacağıq”.

Qeyd edək ki, Murad cari mövsümdən “Karvan”da çıxış edən 30 yaşlı türkmən müdafiəçi Ömər Berdıyevlə “Almalıq”da komanda yoldaşı olub. Çempionatı 4-cü yerdə bitirən “Almalıq”da maddi problemlər olduğu üçün mövsüm bitəndən sonra bir sıra futbolçular, o cümlədən, Hamrayev xoşbəxtliyini ölkədən kənarda axtarmaya başlayıb.
0