“Simurq” rəhbərliyi daha bir futbolçuya qapını göstərdi
17.12.2009 - 09:38
“Simurq” rəhbərliyi daha bir futbolçuya qapını göstərdi
Zaqatalanın “Simurq” klubu daha bir futbolçu ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, son mövsümün bürünc mükafatçısı yayda Belarusun “Torpedo” (Jodino) klubundan aldığı Andrey Şeryakovu transferə çıxarıb. 27 yaşlı belaruslu hücumçunun cari mövsümdə oynadığı 9 matçın heç birində qol vura bilməməsi nə rəhbərliyi, nə də məşqçilər korpusunu razı salıb. Klub rəsmiləri Şeryakovun transfer hüquqlarına yiyələnmək üçün ilk növbədə onlara müraciət ünvanlamağın vacibliyini bəyan ediblər.

Qeyd edək ki, “Simurq” cari mövsümün gedişində qapıçılar Rauf Mehdiyevlə ukraynalı Taras Çopik, həmçinin milli komandamızın da şərəfini qoruyan hücumçu Daniel Axtyamovla vidalaşıb.
0