İordaniya yığması milli komandamızla görüşmək istəyir
17.12.2009 - 11:41
İordaniya yığması milli komandamızla görüşmək istəyir
Azərbaycan milli komandası 2010-cu ildə ilk görüşünü İordaniyaya qarşı keçirə bilər. Apasport.az saytının məlumatına görə, yoldaşlıq oyunları üçün FİFA-nın martın 3-ə təyin etdiyi pəncərə üçün hələ rəqib tapmayan AFFA asiyalılardan təklif alıb.

Lakin iordaniyalılar yoxlama görüşünün həmin vaxtdan tez, fevralın 26-da keçirilməsini istəyir. Asiya çempionatının final mərhələsinə hazırlaşan ərəblər məhz həmin tarix üçün rəqib axtarır. Azərbaycan və Estoniya yığmalarında biri ilə qarşılaşmaq niyyətində olan iordaniyalılar hələ seçimini etməyib.

Qeyd edək ki, Azərbaycan və İordaniya yığmaları indiyədək bir dəfə qarşılaşıb. 2004-cü il avqustun 18-də baş tutan matçda rəqiblər heç-heçə ilə ayrılıb – 1:1. Həmin görüşdə komandamızın heyətində Anatoli Ponomaryov fərqlənib.
0