Milli komandamız Türkiyəyə gedir
17.12.2009 - 12:38
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyədə təlim-məşq toplanışı keçirəcək. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, yığmamız 2010-cu ilə təsadüf edən ilk hazırlıqları Antalya şəhərində baş tutacaq. Toplanışın yanvarın 16-dan 25-dək keçirilməsi nəzərdə tutulub. Bernard Lippertin yetirmələrinin toplanış çərçivəsində yoxlama oyununda qüvvəsini sınayacağı gözlənilir.
0
0