Anatoli Demyanenko: Azərbaycan futbolu ətrafında çoxlu səs-küy var
17.12.2009 - 12:41
“Mən indi də Azərbaycanda məşqçi kimi işləyə bilərdim. Ancaq niyə? Orada futbol ətrafı çoxlu səs-küy var idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Anatoli Demyanenko deyib.
Ötən ilin yanvarından sentyabrına kimi “ağ-qaralar”ın sükanı arxasında olan 50 yaşlı mütəxəssis futbolumuzda maddi durumun yüksək olduğunu bildirib: “Azərbaycanda pul baxımından problem yoxdur. Bunun nəticəsidir ki, orada kifayət qədər çoxlu legioner, o cümlədən Ukraynadan çıxış edən də var”.
Bakıdan getdikdən sonra hələ də işsiz olan Demyanenko doğulub, boya-başa çatdığı Dnepropetrovsk şəhərinin təmsilçisi “Dnepr” klubunun sükanı arxasına keçəcəyi ilə bağlı gəzən söz-söhbətləri şayiə adlandırıb: “Əlbəttə, doğma şəhərdə işləmək istərdim. Yaxşı oyunçu seçimi olan “Dnepr” qarşısına yüksək məqsədlər qoyub. Ancaq indi orada dostum Vladimir Bessonov işləyir. Mən isə kimsə işləyən yerə heç vaxt getmərəm”.

0
0