18 avroya “Gerçəkləşdirilən xəyallar”
17.12.2009 - 13:16
Madrid “Real”ının və Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldoya həsr olunmuş “Gerçəkləşdirilən xəyallar” adlı kitab çap edilib. Apasport.az saytının məlumatına görə, kitabda 24 yaşlı yarımmüdafiəçinin karyerası barədə yazılar və fotolar yer alıb. 192 səhifədən ibarət kitabda ümumilikdə 200 şəkil var.
Bununla bağlı Madridin “Santyaqo Bernabeu” stadionunda təqdimat mərasimi keçirilib. Tədbirə “Real”ın prezidenti Florentino Peres, İspaniyanın idman məsələləri üzrə dövlət katibi Ceym Lissavetzk və başqaları qatılıb. Kriştianu özü isə mərasimə yarım saat gecikib.
“Gerçəkləşdirilən xəyallar” kitabı 17,95 avroya satılır.
Xatırladaq ki, “Real” rəhbərliyi 2008-ci ildə dünyanın ən yaxşısı futbolçusu seçilmiş Ronaldonu bu ilin yayında 94 milyon funt-sterlinq müqabilində “Mançester Yunayted”dən transfer edib. O, hazırda planetin ən bahalı futbolçusudur.

- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
- Paraqvay rəqibini gözləyir - Fransa və ya İsveç
0
0