Kaxaber Sxadadze yubiley oyununa çıxır
17.12.2009 - 13:54
Unibank Premyer Liqasının XVI turu Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, gürcüstanlı mütəxəssis “Turan”la ev qarşılaşmasında Azərbaycan karyerasında yubiley – 50-ci oyununa çıxacaq. Bu ilin yayında “İnter”in baş məşqçisi təyin olunan 41 yaşlı Sxadadze 2008-ci ildə digər paytaxt təmsilçisi “Standard”ı çalışdırıb. Həmin klubda 2007/08 mövsümünün ikinci, 2008/09 mövsümünün birinci dövrəsini çalışan gürcü 30 matçda iş başında olmuşdu. İndiyədək 19 oyunda “İnter”i meydana çıxaran çalışdırıcı üçün dekabrın 19-da baş tutacaq görüş ümumilikdə 50-ci olacaq.
Klub | turnir | O | Q | H | M | T | X |
“Standard”da | çempionat | 26 | 11 | 5 | 10 | 29-24 | 38 |
| kubok | 4 | 0 | 2 | 2 | 4-9 | 2 |
| cəmi | 30 | 11 | 7 | 12 | 33-33 | 40 |
“İnter”də | Avropa Liqası | 2 | 0 | 0 | 2 | 2-5 | 0 |
| çempionat | 15 | 9 | 3 | 3 | 26-15 | 30 |
| kubok | 2 | 2 | 0 | 0 | 7-2 | 6 |
| cəmi | 19 | 11 | 3 | 5 | 35-22 | 36 |
Cəmi | - | 49 | 22 | 10 | 17 | 68-55 | 76 |
0
0