Makedoniyalı məşqçi Ermənistan futbolunu Azərbaycandan üstün tutdu
17.12.2009 - 14:40
“Qalatasaray”ın sabiq futbolçusu Stevitsa Kuzmanovski Azərbaycanda çalışmaq təklifini qəbul etməyib. Apasport.az saytının məlumatına görə, 47 yaşlı makedoniyalı mütəxəssis Ermənistanı ölkəmizdən üstün tutub.
Azərbaycandan dəvət aldığını deyən Kuzmanovski “Banants” klubuna rəhbərlik edəcək. Bədnam qonşularımız yeni çalışdırıcıları ilə iki illik müqavilə imzalayıb. İrəvan təmsilçisi milli komandamızın rəqibi olduğu dövrdə Ermənistan yığmasında çalışmış Armen Gülbudaqyantsı ötən çempionatda uğursuz çıxışdan sonra baş məşqçi postundan istefaya göndərmişdi.
Qeyd edək ki, Kuzmanovski vaxtilə Serbiyanın OFK, Bolqarıstanın “Belasitsa”, “Slaviya” klubuna rəhbərlik edib.

- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0