Daha bir futbolçu qətlə yetirildi – FOTO
17.12.2009 - 15:11
Kolumbiyada yerli “İndependyente Medelyin” klubunun 20 yaşlı futbolçusu Xuan Qomes Rua qətlə yetirilib. Lent.az-ın “Associated Press”ə istinadən verdiyi məlumata görə, öz avtomobili ilə La-Estrelya şəhəri ilə hərəkət etdiyi vaxt onunla yanaşı gedən motosikletdən Qomesə atəş açılıb.
Nəticədə avtomobildə olan futbolçu və əmisi oğlu öldürülüb, 19 yaşlı bacısı isə sağ qalıb. Motosikletçinin tək olduğu, yoxsa futbolçu və qohumlarına başqa şəxsin də atəş açdığı məlum deyil. Eyni zamanda, Qomesin bacısının yaralanıb-yaralanmadığı bilinmir. Polisdən hadisənin motivlərinin hələ müəyyənləşmədiyini bildiriblər. Jurnalistlər isə hadisənin qısqanclıq zəminində baş verdiyini güman edirlər. Bəzi məlumatlara əsasən, futbolçunun sevgilisi eyni vaxtda başqası ilə də görüşürmüş.
Qeyd edək ki, Xuan Qomes Rua 9 ay öncə "İndependyente Medelyin" klubunda debüt edib. Onun komandası Kolumbiyanın payız çempionatında birinci yeri tutub və ölkə çempionluğu uğrunda mübarizəyə imkan verən Mustanq Kubokunun finalına yüksəlib. “Atletiko Uila” ilə keçirilən ilk final matçında "İndependyente Medelyin" qalib gəlib – 1:0. Cavab görüşü dekabrın 20-də olacaq.

0
0