Apasport.az yenə ilin ən yaxşı saytı seçildi
17.12.2009 - 15:16
Apasport.az yenə ilin ən yaxşı saytı seçildi
Apasport.az 2009-cu ilin ən yaxşı idman portalı seçilib. Extratime.az saytının keçirdiyi sorğunun yekun nəticəsi belə olub. Sorğuda 400-ə yaxın respondent 13 sayt arasında seçim edib.

Ölkəmizdə fəaliyyət göstərən portallardan yalnız extratime.az sorğuya qatılmayıb ki, bunun da səbəbi məlumdur. Apasport.az ümumi səslərin 26 faizini toplayaraq, birinci yeri tutub. Saytımız ən yaxın izləyicisini 5 faiz qabaqlayıb. Bununla da, apasport.az ardıcıl ikinci il Azərbaycanın ən yaxşı idman portalı seçilib.

Digərlərindən fərqli, bu sorğu tam obyektiv keçirilib. Çünki extratime.az saytının rəhbərliyi müasir texnikanın nailiyyətlərindən yararlanaraq, kənar səsvermələrin qarşısı alınıb. Hətta şübhəli olan 100 səs sistemdən pozulub.

Qeyd edək ki, Azəri-Press Agentliyinin (APA) törəmə müəssisələrindən olan apasport.az saytı Azərbaycanın ilk və yeganə idman agentliyi kimi, 2007-ci ildə fəaliyyətə başlayıb. Həmin il Gənclər və İdman Nazirliyi tərəfindən ölkənin ən yaxşı idman agentliyi seçilən apasport.az Azərbaycan və dünya idmanının bütün sahələrini əhatə edən operativ xəbərlər yaymaqla yanaşı, idman ictimaiyyətinin maraqlı simalarından eksklüziv müsahibələr hazırlayır, müxtəlif sahələrdəki problemlərlə bağlı araşdırmalar aparır.

Saytda önəmli turnirlərdən və maraqlı tədbirlərdən geniş yazılar, birbaşa reportajlar, video görüntülər, fotosessiyalar yerləşdirilir. Xeyli sayda abunəçisi olan apasport.az saytının gündə iki dəfə hazırladığı bülleten Azərbaycan və rus dillərində nazirliklərə, diplomatik korpuslara, idman qurumları və komandalarına, telekanallara, qəzetlərə və digər ünvanlara çatdırılır.
0