“Bakı” Cambil Kukeyev və Sergey Ostapenko ilə müqavilə bağlayır
17.12.2009 - 15:34
“Bakı” Cambil Kukeyev və Sergey Ostapenko ilə müqavilə bağlayır
“Bakı” klubu Qazaxıstan yığmasının futbolçularını transfer edəcək. Bu barədə apasport.az saytına komandanın vitse-prezidenti Tunc Afşar məlumat verib. Onun sözlərinə görə, baxışa gələn yarımmüdafiəçi Cambil Kukeyevlə hücumçu Sergey Ostapenko rəhbərlik tərəfindən bəyənilib.

“Həm Kukeyev, həm də Ostapenko yaxşı təsir bağışlayıb. Astananın “Lokomotiv” klubundan gələn Cambilin cəmi 21 yaşı var, çox perspektivli futbolçudur. Yarımmüdafiənin mərkəzində, eyni zamanda sol cinahında oynaya bilər ki, bizə də belə futbolçu lazımdır. 23 yaşlı Ostapenko isə Qazaxıstan yığmasının, “Aktobe” klubunun aparıcı hücumçularından olub. Son vaxtlar zədə üzündən yaşıl meydandan kənarda qalıb. Formasını bərpa edən Oleqin tam hazır olması üçün müəyyən vaxt lazımdır. Sərbəst futbolçu olduğu üçün transfer məsələsini özü ilə həll etmək kifayət edir. Onlarla maddi məsələlərdə ortaq məxrəcə gələcəyimiz halda, rəsmi anlaşma imzalayacağıq” – deyə Avşar bildirib.

Qeyd edək ki, “Bakı”nın baş məşqçisi Bülənt Korkmaz hər iki legioneri hələ Qazaxıstan yığmasının heyətində görərək, bəyənib. Türkiyəli mütəxəssis ölkəmizdə fəaliyyətə başlayana qədər qazaxların ötən seçmə mərhələdə İngiltərə yığması ilə rəsmi görüşlərini izləyib. Kukeyev Korkmazın gözləri qarşısında “Uembli” stadionunda ingilislərin qapısına yol tapmaqla, tarixə düşüb. Belə ki, Cambil postsovet məkanı təmsilçilərindən Londonun bu məşhur arenasına qol vuran ilk futbolçudur.
0