Almaniya - Azərbaycan oyunu “Top-10”da
17.12.2009 - 15:49
Almaniya - Azərbaycan oyunu “Top-10”da
Almaniyada 2009-cu ilin ən çox izlənən idman verilişlərinin reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun vətənində futbol və boksu daha çox sevirlər.

Belə ki, almanların ən çox baxdığı 10 veriliş arasında üçüncü idman növünə yer tapılmayıb. İlin lideri isə Moskvada keçirilən Rusiya – Almaniya qarşılaşması olub. Dünya çempionatının seçmə mərhələsinin böyük əhəmiyyət kəsb edən bu oyununu 12 milyon 460 min nəfər izləyib.

İkinci yerdə ağır çəkili peşəkar boksçular Vitali Kliçko ilə Kevin Consun döyüşü qərarlaşıb – 11 milyon 160 min. Növbəti iki pillə Kliçko qardaşlarını iştirakı ilə keçirilən boks görüşlərinin hesabındadır. İlk “onluq”da qərarlaşan digər 6 veriliş də futbol oyunlarından canlı yayımlardır. Yığmamızın Bundestimlə Hannoverdəki qarşılaşması da bu matçlar sırasındadır.

Xatırladaq ki, həmin oyunda almanlar 4:0 hesabı ilə qalib gəlmişdi.
0