“Bakı”da iki yubiley birdən!
18.12.2009 - 00:04
Unibank Premyer Liqasının XVI turu “Bakı” klubunun iki futbolçusu üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, paytaxtın eyni adlı təmsilçisinin moldovalı legioneri Vadim Borets və nigeriyalı Əhməd Ticani Azərbaycan çempionatlarında yubiley matçlarına çıxacaqlar. Hər iki futbolçu “Olimpik-Şüvəln”la görüşə təsadüf edəcək bu əlamətdar hadisəni ölkəmizdə çıxış etdiyi sayca ikinci klubunda qeyd edəcək.
33 yaşlı Borets Premyer Liqada 100-cü oyununa çıxacaq. İndiyədək 99 qarşılaşmada 8 qola imza atan yarımmüdafiəçi 2005-ci ilin yayında ölkəmizə transfer olunub. Üç mövsüm şərəfini qoruduğu “Neftçi”də 63 matça 7 qol vuran Vadim “Bakı”dakı 36 görüşdə 1 qol vurub. Paytaxt klubuna “Şahdağ”dan transfer olunan Əhməd isə hələ 100-cü oyununu gözləməlidir. “Olimpik-Şüvəlan”la matçda “Bakı”nın heyətində 50-ci çempionat qarşılaşmasına çıxacaq. İndiyədək 49 görüşdə afrikalı 14 qolun müəllifi olub.

0
0