Beş oyunçu Azərbaycan yığmasından çıxarıldı
17.12.2009 - 18:00
Beş oyunçu Azərbaycan yığmasından çıxarıldı
Futzal üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, III Bakı Beynəlxalq Futzal Turnirində iştirak edəcək yığmamızın 15 nəfərlik heyəti müəyyənləşib.

Komandanın braziliyalı baş məşqçisi Joze Alesio da Silva dekabrın 9-da açıqladığı 20 nəfərlik ilkin siyahıdakı oyunçular arasında seçim edərək yarışda güvənəcəyi futzalçıları saxlayıb. Bunlar Marat Salyanski, Andrey Tveryankin, Ramin Həsənzadə, Vitali Borisov, Rizvan Fərzəliyev, Sergey Çuykov, Rəcəb Fərəczadə, Felipe Ribeyro Dos Santos, Maşado dos Santos Nilson, Namiq Məmmədkərimov, Rodriqez Tyaqo, Serjio Luis Lukas, Fərid Atakişiyev, Ağatahir Əzimov və Alveş De Souzadır.

Qeyd edək ki, turnirdə yığmamızla yanaşı, Gürcüstan və Türkiyə və Rusiyanın “Kaspi” klubu çıxış edəcək.
0